<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>285</hymn_number>
<lyrics>[V1]
 Rəbb istər ki, hər birimiz
 Onunçün səmərə verək.
 Tarlalardan bol məhsulu
 Allah üçün biz gətirək.

[C1]
   İşləyin, işçilər, Rəbb tarlasında
   Xilas sözü dünyaya müjdələnsin.
   Onunçün toplayın bol məhsulu siz
   Əkən də, biçən də birgə sevinsin.

[V2]
 Buğda, dəlicə birgə bitər,
 Hökm gününədək Rəbb səbr edər.
 Dəlicə yanar sönməz atəşdə,
 Bəhrə verən yaşar əbədi.

[V3]
 Olmayasız heç vaxt Məsihsiz
 Qalmayasız səmərəsiz.
 Çalışın ki, mükafata
 Layiq ömür sürəsiniz.</lyrics>
<title>Rəbb istər ki, hər birimiz İL285</title>
</song>